Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - FOTO

21 okt 2025, 17:41
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - FOTO

Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə anım tədbiri keçirilib və Şəhidlərin əziz xatirəsinə inşa olunmuş Şəhidlər Abidə Kompleksinin açılışı baş tutub.

Liderxeber.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Şəhidlər Abidə Kompleksi Prezidentin Xüsusi Nümayəndəliyinin mənəvi dəstəyi, kənd icmasının və şəhid ailələrinin təşəbbüsü və iştirakı ilə inşa olunub.Kompleksdə söhbətgah və bulaq, həmçinin şəhidlərin və Kompleksin tarixi haqqında məlumatları əks etdirən QR-kodlu lövhə quraşdırılıb. Abidə kompleksində 1992–1993-cü illərdə şəhid olmuş və həmin ərazidə dəfn edilən qəhrəmanların məzarları bərpa edilib. Həmçinin digər ərazilərdə dəfn edilmiş 3 şəhidin nəşi ekshumasiya edilərək burada yenidən dəfn edilib.

Hazırda xiyabanda kəndin 14 şəhidinin xatirəsi əbədiləşdirilib — onlardan 10 nəfəri hərbi, 4 nəfəri mülki şəhiddir, 3 şəhid isə itkin hesab olunur. Abidəyə 2 km məsafədə yerləşən bulaqdan su çəkilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazilər, ictimaiyyət nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.