Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib...

21 okt 2025, 12:26
Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib...

“BakuBus” MMC bulvar ərazisində qəzaya uğrayan marşrut avtobusu ilə bağlı açıqlama verib.

Qurumdan Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, bulvar ərazisi yaxınlığında baş verib. 

“BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu bulvar ərazisinə tərəf yönəldib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb”, - açıqlamada qeyd olunub.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olmayıb.