Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Cəlilabadda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir - Fotolar

17 okt 2025, 17:20
Cəlilabadda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir - Fotolar

Cəlilabad şəhəri Heydər Əliyev Mərkəzində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində dövlət himni səsləndirilib və müstəqillik günündən bəhs edən videoçarx nümayiş etdirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək tədbir iştirakçılarını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edərək, dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışıb.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.

Tədbirdə çıxış edənlər dövlət müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirib, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərini vurğulanıb. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırıblar.