Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Məktəblərdə yeni layihə - “İnternetdən təhlükəsiz istifadə bacarıqları”

16 okt 2025, 11:41
Məktəblərdə yeni layihə - “İnternetdən təhlükəsiz istifadə bacarıqları”

Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verilir.

Liderxeber.az xəbər verir ki, layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də rəqəmsal savadlılığın artırılmasıdır.

Layihə çərçivəsində “Aztelekom”un mütəxəssisləri tərəfindən ölkənin müxtəlif bölgələrində yerləşən məktəblərdə şagird və müəllim heyəti üçün təlimlər keçiriləcək. Təlimlər zamanı iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi barədə məlumatlar veriləcək.

Təlim zamanı iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılacaq, praktik nümunələr üzərində işləniləcək.Maarifləndirici sessiyalar müasir tədris metodlarına uyğun olaraq interaktiv şəkildə təşkil olunacaq.