Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Bakıdan Xırdalana ekspres marşrut xətti açılır - “Xaliq Faiqoğlu” xidmət göstərəcək

15 okt 2025, 17:58
Bakıdan Xırdalana ekspres marşrut xətti açılır - “Xaliq Faiqoğlu” xidmət göstərəcək

Çoxsaylı müraciətlər və sərnişin tələbatına əsasən oktyabrın 17-dən Xırdalan şəhəri ilə paytaxtın mərkəzini birləşdirən yeni E-2 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.

Liderxeber.az xəbər verir ki, Xırdalanda “120 dairəsi” – Köhnə bazar – Masazır dairəsi və metronun 20 Yanvar stansiyalarını birləşdirəcək xətt üzrə 10 iritutumlu müasir tipli “İsuzu Citiport” markalı avtobus xidmət göstərəcək.

Yeni ekspres xəttin fəaliyyətə başlaması Xırdalan şəhəri istiqamətində sərnişinlərin mövcud tələbatını qarşılamaqla gündəlik 10-12 min sərnişini daha rahat və əlçətan ictimai nəqliyyat xidməti ilə təmin edəcək.

Xətt üzrə “Xaliq Faiqoğlu” şirkəti xidmət göstərəcək, interval 8 dəqiqə, gedişhaqqı tarifi isə 60 qəpik müəyyən edilib.

“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi bu istiqamətdə ictimai nəqliyyatın təşviqi baxımından böyük rol oynayır və hər gün onminlərlə sərnişinin daha sürətli və rahat şəkildə daşınmasına dəstək göstərir. Yeni açılan marşrut xətti də bu zolaqdan istifadə etməklə ictimai nəqliyyat infrastrukturuna əhəmiyyətli töhvə verəcək.