Son Xəbərlər
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və

Ağacları bir də kəsməmələri üçün etiket vuruldu - Fotolar

13 okt 2025, 14:12
Ağacları bir də kəsməmələri üçün etiket vuruldu - Fotolar

Abşeron rayonu, Saray qəsəbəsi, Saray dairəsi yaxınlığında ağacların kəsilməsi ilə bağlı məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mediadan daxil olan məlumat əsasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

İdarənin rəisi Asif Məcidov qeyd edib ki, araşdırma zamanı vətəndaş Tərlan Cavadova icarəyə verilmiş obyektin qarşısında qanunsuz olaraq 8 ağacın kəsildiyi, 13 kolun isə digər əraziyə küçürüldüyü müəyyən edilib: “Faktla bağlı akt, protokol tərtib olunaraq T.Cavadova 6880 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Kəsilmiş və köçürülmüş ağacların əvəzinə həmin ərazidə 22 sərv ağacı əkilib və qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub.

Vətəndaşlardan yaşıllıqlara qayğı ilə yanaşmaları, onlara zərər vurulması halları ilə rastlaşdıqda biganə qalmamaları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələri xahiş olunur”.