Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

“Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldıldı

10 okt 2025, 12:28
“Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldıldı

“Həzi Aslanov–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Bildirilib ki, bu addım yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Həzi Aslanov” stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə atılıb.

Xatırladaq ki, 2024-cü il noyabr ayının 30-da “Həzi Aslanov” stansiyasının dalan yolunda başlanılmış əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Qırmızı və Yaşıl xətlərdə yeni hərəkət qrafiki tətbiq edilib, qatarların hərəkəti hələlik yalnız “Əhmədli” stansiyasına qədər təşkil edilir. Təmir işlərinin yalnız dalan hissədə aparılması nəzərə alınaraq, “Həzi Aslanov” stansiyası sərnişinlərin girişinə bağlanmadan xüsusi hərəkət cədvəli qurulub və 10 dəqiqəlik interval tətbiq edilib.