Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Bakının bu küçəsində də sarı tor çəkildi

09 okt 2025, 11:38
Bakının bu küçəsində də sarı tor çəkildi

Paytaxtın Xətai rayonunda yerləşən Məhəmməd Hadi küçəsində nəqliyyatın hərəkətində yenilik tətbiq edilib.

Liderxeber.az xəbər verir ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında avtobus zolağının başa çatdığı yerdə sarı tor çəkilib.

Bildirilib ki, bu ərazidə tez-tez tıxaclar müşahidə edilir və avtobuslar öz zolaqlarından sonra kəsişmənin qarşı tərəfinə keçərkən xeyli vaxt itirir. Yeniliyin tətbiqindən sonra isə sağa dönən avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib.

Yeniliyə əsasən, qarşıda tıxac olsa da, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların hərəkətinə maneə yaratmamalıdır.

Qeyd edək ki, daha əvvəl Nərimanov rayonu Fətəlixan Xoyski küçəsində (Gənclik Mall-ın qarşısı) də oxşar yenilik tətbiq edilib.