Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Vətəndaşlar əmək müqavilələrini “mygov” platformasında imzalaya biləcəklər

08 okt 2025, 12:00
Vətəndaşlar əmək müqavilələrini “mygov” platformasında imzalaya biləcəklər

“mygov” platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni xidmət istifadəyə verilib.

Liderxeber.az xəbər verir ki, artıq “Əmək müqaviləsinin imzalanması” xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. 

Xidmət çərçivəsində işəgötürən tərəfindən göndərilmiş əmək müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa “mygov” platformasında imzalana biləcək.

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

1. Portalda “Məşğulluq” kateqoriyasından “Əmək müqaviləsinin imzalanması” xidmətinə daxil olunur;

2. İmzalanmalı müqavilə mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks olunur;

3. Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış olunur;

4. “İmzala” düyməsinə klik edilərək müqavilə SİMA İmza vasitəsilə təsdiqlənir.

Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu barədə ona “mygov” üzərindən bildiriş göndərilir və vətəndaş həmin bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.

Yeni xidmət əməkdaşların müqavilə imzalama prosesini daha sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq.

Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq vasitəsilə vətəndaşlara zəruri dövlət xidmətlərini vahid platformadan təqdim etməkdir.