Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

08 okt 2025, 10:08
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır.

Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur.

Liderxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində bildirilib.

Qeyd edilib ki, qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməli, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxmalıdırlar.

"Dəyərli piyadalar! Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları kimi sizləri sadalanan qaydalara qeyd-şərtsiz əməl etməyə, öz həyat və sağlamlığınızı təhlükəyə atmamağa çağırırıq", - müraciətdə deyilir.