Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

"Roşka" ləqəbli tiktokerin məhkəməsində şahidin ifadəsi suallar doğurub

07 okt 2025, 17:34
"Roşka" ləqəbli tiktokerin məhkəməsində şahidin ifadəsi suallar doğurub

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Liderxeber.az-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutub.

İclasda təqsirləndirilən şəxsin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilməsində iştirak edən polis əməkdaşlarından biri ifadə verib.

Şahidin ifadəsinin bəzi hissələri ilə Rövşən Süleymanov razılaşmayıb, bu isə proses iştirakçıları arasında əlavə suallar yaradıb. Nəticədə şahid hakim və prokurorun çox sayda sualını cavablandırmalı olub.

Digər şahidlərin iclasda iştirak etməməsi səbəbindən məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında polisin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, daşıma) ilə ittiham olunur.