Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Heydər Əliyev Fondunun istifadəyə verdiyi növbəti məktəb - Fotolar

02 okt 2025, 16:17
Heydər Əliyev Fondunun istifadəyə verdiyi növbəti məktəb - Fotolar

Heydər Əliyev Fondunun paytaxtda yeni tədris ilində istifadəyə verdiyi növbəti təhsil müəssisəsinin ünvanı Xəzər rayonu 324 saylı tam orta məktəbdir.

Liderxeber.az xəbər verir ki, 2007-ci ildə inşa olunan məktəbin binası da ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Şagird sıxlığı yaşandığından məktəb 3 növbəli fəaliyyət göstərib, məktəbdə emalatxana və laboratoriya olmayıb.

Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından məktəbdə yenidənqurma və təmir-bərpa işlərinə başlanılıb. Layihə çərcivəsində məktəbin sinif otaqlarının sayı artırılıb, həmçinin əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Məktəb artıq yeni təhsil ilindən müəllim və şagirdlərin istifadəsinə verilib.