Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Laçında işəgötürənlərlə görüş - Fotolar

01 okt 2025, 11:41
Laçında işəgötürənlərlə görüş - Fotolar

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Laçında işəgötürənlərlə görüş keçirilib.          

Liderxeber.az xəbər verir ki, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ramal Quluzadə və Hasil Abbasov, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə keçən görüş həmin ərazilərdə məşğulluq imkanlarının artırılması, sahibkarlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinə həsr edilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə işəgötürənlərlə əməkdaşlıq şəraitində əhalinin məşğulluq təminatı üçün aparılan işlərdən bəhs olunub. Dövlət Məşğulluq Agentliyinin fəaliyyət sahələri, məşğulluq proqramları və sahibkarlara təqdim olunan dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi, özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarının qurulması da əsas tədbirlərdəndir.

Görüşdə işəgötürənlərin sualları cavablandırılıb, görüləcək birgə işlər müzakirə olunub, işəgötürənlərin təklifləri dinlənilib.