Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Bu gündən məktəbli avtobuslarının tətbiqinə başlanılır

01 okt 2025, 09:00
Bu gündən məktəbli avtobuslarının tətbiqinə başlanılır

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə bu gündən start veriləcək.

Liderxeber.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, ilkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək.

Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Layihə çərçivəsində  100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək.

Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər.

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A. Kərimov adına 8 nömrəli tam orta məktəb, A. Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi və 189–190 nömrəli tam orta məktəb daxildir.

Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.