Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir

29 sen 2025, 16:32
Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir

Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir.

Liderxeber.az xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif edilir.

Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə edilib.

Layihəyə görə, birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur.

Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təklif edilir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırıla bilərlər.