Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Bu ilin ilk yarısında icbari tibbi sığorta ilə 30 minə yaxın doğuş icra olunub

29 sen 2025, 11:06
Bu ilin ilk yarısında icbari tibbi sığorta ilə 30 minə yaxın doğuş icra olunub

Hamilə qadınlara göstərilən tibbi xidmətlərin mühüm bir hissəsi icbari tibbi sığorta hesabına qarşılanır. Bu xidmətlər həm ana, həm də körpənin sağlamlığını qorumaq, hamiləlik və doğuş dövründə yarana biləcək fəsadların qarşısını almaq məqsədi daşıyır.

Liderxeber.az xəbər verir ki, hamilə qadınların hamiləliyin müxtəlif mərhələlərində müvafiq müayinələrdən keçməsi icbari tibbi sığorta ilə qarşılanır.

Bu müayinələr çərçivəsində arterial təzyiqin ölçülməsi, nəbzin yoxlanılması, qan və sidik analizlərinin aparılması, qan qrupu, şəkər göstəriciləri, həmçinin hepatit B və C, sifilis və insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək) və digər zəruri müayinələr sığorta hesabına həyata keçirilir.

Hamiləlik dövründə qadın məsləhətxanalarına, Ailə Sağlamlıq Mərkəzlərinə və ya digər ambulator tibb müəssisələrinə müraciət edən qadınlara USM, doppler müayinəsi, fol turşusunun təyini, dölün ürək döyüntülərinin izlənilməsi kimi xidmətlər də göstərilir.

Hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilərək hamilə qadın doğuşun təşkili üçün TƏBİB-in tabeliyindəki müvafiq dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.

Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman, tibbi sərf, qidalanma, laborator və instrumental müayinələr, diaqnostika və müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanır. Bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına ölkə üzrə ümumilikdə 14 767 doğuş, 15 167 qeysəriyyə əməliyyatı həyata keçirilib.

Vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi, yenidoğulmuşların tibbi nəzarətdə saxlanılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də icbari tibbi sığorta ilə əhatə olunur.