Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama

27 sen 2025, 12:53
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov APA-ya açıqlamasında bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib: “Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, Vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif edilmiş mülki şəxslərin uyuduğu bu ərazidə aparılan yenidənqurma işləri nəticəsində mövcud olan daş hasar aradan qaldırılıb.

Ali Baş Komandanın göstərişi ilə həyata keçirilən yenidənqurma işləri nəticəsində 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı olmaqla, ümumilikdə 670 şəhidin uyuduğu bu məkanda şəhid ailələrinin istək və təklifləri də nəzərə alınıb”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsini simvolizasiya edən 44 metrlik monumental abidə inşa edilib: “Həmçinin 44 günlük Vətən müharibəsində hər bir günü, məlumatları, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb. Ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar bizim üçün müqəddəs olan bu ərazi xalqımızın mili-mənəvi dəyərlərini, şəhidlərimizin əziz xatirələrini simvolizasiya etdirir. Bu müqəddəs məkanı ziyarət edən hər bir vətəndaşımız burada şəhidlərimizn fədakarlığını hiss edəcək. Bizim irsimizi daim qəlbimdə qoruyacaq”.