Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

“Buradan keçməyin 2 variantı var...”

26 sen 2025, 15:02
“Buradan keçməyin 2 variantı var...”

Paytaxtın Xətai rayonu Babək prospektində çəkilmiş piyada keçidi müzakirələrə səbəb olub. 

Liderxeber.az xəbər verir ki, bu haqda yazıçı-jurnalist Tural Cəfərov foto paylaşıb.

O, piyada keçidinin körpünün divarına doğru çəkilməsinə diqqət çəkib və buranın piyadalar üçün təhlükəli ola biləcəyini vurğulayıb. 

Yolun əks tərəfindəki yaşıllığın sürücülərin piyadaları görməsinə çətinlik yarada biləcəyini də əlavə edən T.Cəfərov problemə ironiya ilə yanaşıb: “İki variant var, ya iplə körpüyə dırmaşacaqsan, ya da ağacların arası ilə gedib körpünün altına gedəcəksən. Ora dönən maşınlar isə əlbəttə ki, səni görməyəcək. Elə sən də onları...”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, keçidin təşkilində hər hansı bir qüsur yoxdur: “Piyadalar zolaqdan istifadə edərək yollarını piyada səkisi ilə davam etdirə bilərlər. Bunun üçün mövcud şərait var”.