Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Qusarda sel təhlükəsinə görə ailələr köçürüldü - Video

26 sen 2025, 09:05
Qusarda sel təhlükəsinə görə ailələr köçürüldü - Video

4 gündür ki, Qızılqaya massivindən axan lilli sel suları Qusarın Laza kəndinə yayılmaqla 10 yaşayış evini təhlükə qarşısında qoyub. Gecə saatlarında qrunt suları daha da artaraq sürətlə fərdi yaşayış elərinə və təsərrüfat sahələrinə doğru irəliləyib.

Liderxeber.az xəbər verir ki, üç fərdi yaşayış evinə daxil olan qrunt suları ciddi təhlükə yaratdığından sakinlər qonşu evlərə təxliyyə ediliblər.

Gecə saatlarından Qusar rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Komissiyasının nümayəndələri əraziyə baxış keçiriblər. Suyun məcrasının istiqamətləndirilməsi məqsədilə ağır texnikalar işə başlayıb.

Baş verə biləcək hər hansı təbiət hadisəsinin qarşısının alınması məqsədi ilə əraziyə növbətçi briqadalar yerləşdirilib.

Daha ətraflı reportajda: