Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

E-Polis mobil tətbiqində yenilik - Video

25 sen 2025, 17:09
E-Polis mobil tətbiqində yenilik - Video

DİN tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir.

Liderxeber.az xəbər verir ki, yeni tətbiq edilən “push” bildirişləri sayəsində E-polis istifadəçiləri artıq proqrama daxil olmadıqda belə sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında xəbərdar olunacaqlar.

Bu bildirişlər şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texniki baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil olunur.

Nazirlikdən bildirilib ki, Sistem vətəndaşa sənədinin etibarlılıq müddətinin başa çatmasına uyğun olaraq 30, 15 və 3 gün qalmış xəbərdarlıq göndərir. "Bu isə hər birimizə sənədlərimizi vaxtında yeniləməyə, əlavə vaxt itkisi ilə üzləşməməyə və inzibati məsuliyyət riskindən yayınmaq imkanı yaradır. Bir sözlə, əgər vətəndaş əvvəllər sənədinin etibarlılıq müddətini özü izləməli idisə, indi bu işi sistem avtomatik olaraq özü görür və tətbiq istifadəçisini vaxtında xəbərdar edir.

E-polis tətbiqinin daima yenilənən funksiyaları və rəqəmsallaşan üsdünlüklərindən faydalanmağa tələsin".