Son Xəbərlər
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Azad edilmiş ərazilərə gedənlərə - Çağırış

24 iyl 2025, 17:50
Azad edilmiş ərazilərə gedənlərə - Çağırış

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı vətəndaşlara çağırış edib.

Qurumdan Liderxeber.az-a daxil olan müraciətdə bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə son günlərdə mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artması müşahidə olunur: “Azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artmasının şahid oluruq. Qayıdış prosesində iştirak edən sakinlərdən xahiş olunur ki, odla davranış qaydalarına ciddi riayət etsinlər! Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar! Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər!  Çünki, baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə, yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər”.

Qeyd edilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur, lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir: “İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı, təbiətimizi və vətən torpağını birgə qoruyaq! ”

Qeyd edək ki, artıq 3-cü gündür işğaldan azad edilmiş ərazilərdə boş sahələrdə quru ot və kol-kosun yanması müşahidə edilir. Alovun söndürülməsinə FHN-in helikopterləri də cəlb edilib.