Son Xəbərlər
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

“Her-her sakinlərinin doğma yurd həsrəti” adlı tədbir keçirilib

23 iyl 2025, 12:24
“Her-her sakinlərinin doğma yurd həsrəti” adlı tədbir keçirilib

Qərbi Azərbaycan, Dərələyəz mahalı, Paşalı rayon icmasının “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində təşkilatçılığı ilə “Her-her sakinlərinin doğma yurd həsrəti” adlı tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, iclası giriş sözü ilə açan Paşalı rayon icmasının sədri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Her-her sakinlərini Qərbi Azərbaycan icmasının sədri, millət vəkili Əziz Ələkbərlinin salamını çatdırdı, Qərbi Azərbaycana qayıdış yolunda belə görüşlərin əhəmiyyət daşıdığını qeyd etdi.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüşdə Qərbi Azərbaycan icmasının baş koordinatoru Faiq Kərimov, Paşalı rayonu Qadınlar Şurasının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Mehdiyeva, Her-her icması qadınlar şurasının sədri Qənimət Kərimova, Her-her icmasının idarə heyətinin üzvü, Qarabağ Universitetində “Tələbələrlə iş mərkəzi”nin direktoru İradə Süleymanova, Her-her icmasının idarə heyətinin üzvü, Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini Sevda Quliyeva, Her-her icmasının idarə heyətinin üzvü Cümşüd Yusibov, Paşalı rayon gənclər şurasının üzvü, ƏƏSMN-nin Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinin mütəxəssisi Səkinə Yusibli, Her-her icmasının idarə heyətinin üzvü Zülfiyyə Mehdiyeva, ADNSU-nun tələbəsi, Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini Sənan Hüseynov, Dərələyəz mahalı Keşişkənd rayonu Amağu kənd icmasının sədri Elmira Hüseynova, Terp kənd icmasının sədri Ceyhunə Şirəliyeva, Her-her kənd icmasının sədri Afaq Sadıqova çıxış etmişlər. Görüşün sonunda icma üzvlərinə Qərbi Azərbaycan icmasına üzvlük vəsiqələri təqdim edilib.