Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

“AzərEnerji” Naxçıvan enerji sistemində yenidənqurmaya başladı

17 iyl 2025, 10:57
“AzərEnerji” Naxçıvan enerji sistemində yenidənqurmaya başladı

Naxçıvanda ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətlərinin “AzərEnerji” ASC tərəfindən sökülərək yenidən qurulmasına başlanılıb.

Liderxeber.az xəbər verir ki, ilkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” hava elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir. 

Qeyd edək ki, Naxçıvan ötürücü şəbəkəsində istismar müddətini çoxdan keçən xətlərdə həyata keçirilən işlər nəticəsində enerjinin ötürülmə qabiliyyətini yüksəltməklə yanaşı, enerji təchizatında baş verə biləcək nasazlıqların, qəzaların qarşısı alınacaq, dayanıqlığı və etibarlığı artırılacaq. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 235 nömrəli Fərmanının icrası olaraq, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası enerjisisteminin elektrik enerjisi generasiya və ötürücü infrastrukturlarının idarəedilməsi üçün Cəmiyyətin tərkibində “Naxçıvan Enerji” MMC təsis edilib, həmçinin “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” hazırlanıb. 

Strategiyada “2025-2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” və “Strateji Baxış İstiqamətləri” müəyyən olunub. 

Bu işlər çərçivəsində 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” ötürmə xətlərinin yenidən çəkilməsi ilə yanaşı 154/110/10 kV-luq “Babək”, 110/35/10 kV-luq “Çeşməbasar” və 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyaları müasir tələblərə uyğun olaraq tam şəkildə yenidən qurulacaq. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də yardımçı texniki infrastrukturlar da yaradılacaq.