Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Bu marşrut xətti üzrə “Faiqoğlu” xidmət göstərəcək - Kartla ödənişə keçir

16 iyl 2025, 10:43
Bu marşrut xətti üzrə “Faiqoğlu” xidmət göstərəcək - Kartla ödənişə keçir

Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsi ilə “Memar Əcəmi” metrostansiyasını birləşdirən 170 saylı müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənir.

Liderxeber.az xəbər verir ki, iyulun 20-dən xətt üzrə “Xaliq Faiqoğlu” MMC sərnişinlərə xidmət göstərəcək. İlkin mərhələdə xətt üzrə “İsuzu Citibus” və “Daewoo BS90” markalı (ümumilikdə 15 ədəd) avtobuslar 8 dəqiqəlik intervalla test rejimində fəaliyyət göstərəcəklər.

Həmçinin qeyd edilən tarixdən xətt üzrə avtobuslarda elektron ödəniş sistemi (kartla) tətbiq ediləcək.

Qarşıdakı aylarda xətt üzrə bütün avtobusların yenilənməsi və intervalın daha da azaldılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu ilin yanvar ayında keçirdiyi müsabiqənin nəticələrinə əsasən 170 saylı müntəzəm marşrut xətti “Xaliq Faiqoğlu” şirkətinin istismarına verilib. Şirkət hazırda Bakı şəhərinin ən böyük özəl daşıyıcısıdır.