Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Əmlakın qeydiyyatı haqda - Yeni prosedur

14 iyl 2025, 12:38
Əmlakın qeydiyyatı haqda - Yeni prosedur

Daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdiriləcək.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Notariat haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Beləliklə, layihələrə əsasən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdiriləcək.

Şəhadətnamə müvafiq əmlakın tələbkar tərəfindən qəbul edilməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkar tərəfindən imzalanaraq "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat" informasiya sisteminə göndərilən protokol əsasında veriləcək. Həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.