Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib

10 iyl 2025, 10:02
Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib

Ağdərədə mina partlayışı hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev Həsənqaya ərazisində mal-qara otararkən minaya düşüb.

Yaralı şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

***

Yaralı Q.Quliyevə Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib, qanaxması dayandırılıb.

Daha sonra sol ayağın topuq nahiyəsindən amputasiya olunması üçün Bərdə Müalicə Diaqnostika Mərkəzinə göndərilib. 

*** 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, partlayış bu gün Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində baş verib: “1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”.

***

Xəsarət alan şəxsin vəziyyəti ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq belə bildirilib: “10.07.2025-ci il tarixində saat 08:30 radələrində 1979-cu il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.