Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

Azərbaycanda yeni transformator zavodu tikiləcək

09 iyl 2025, 15:21
Azərbaycanda yeni transformator zavodu tikiləcək

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yeni rezidenti tərəfindən transformator istehsalı layihəsi həyata keçiriləcək.

Liderxeber.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin "SENSEMI DMCC" şirkətinin Azərbaycandakı nümayəndəliyinə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidentliyi statusu verilib.

Yeni rezident tərəfindən sənaye parkının 2 hektar ərazisində transformator istehsalı müəssisəsi yaradılacaq. Müasir avadanlıqlardan istifadə ediləcək müəssisədə il ərzində 3 min ədəd transformator istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 17 milyon manata yaxındır.

Qeyd edək ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.