Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırdı - Fotolar

09 iyl 2025, 12:23
“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırdı - Fotolar

“Azərsun Holdinq” Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibəti ilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin yaz semestrinin imtahan sessiyasında ən yüksək bal toplayan tələbələrinə təqaüd ayırıb.

Liderxeber.az xəbər verir ki, bu münasibətlə fakültədə təşkil edilən görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev milli mətbuatın 150 illik yubileyi ərəfəsində belə bir addımın atılmasının sevindirici hal olduğunu qeyd edib. O bildirib ki, BDU-nun fəaliyyətində universitet-sənaye işbirliyi əsas tendensiyalardan hesab olunur. BDU-da son illərdə bu istiqamətdə müxtəlif qurumlarla ortaq layihələr həyata keçirilib: “Sevindirici haldır ki, Jurnalistika fakültəsində də bu ənənənin əsası qoyuldu. “Azərsun Holdinq” ölkənin ən iri şirkətlərindən biridir. Bu təqaüdlər tələbələr üçün böyük motivasiya olacaq, onların peşəkar mütəxəssis kimi formalaşmasına dəstək verəcək”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələr üçün yaradılan bu şəraitə görə Universitetin və “Azərsun Holdinq”in rəhbərliyinə təşəkkür edib, bunun gənc jurnalistlərin yetişməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb: “İnanırıq ki, digər şirkətlər də belə layihələr həyata keçirəcəklər. Gələcəkdə çox maraqlı, gənclərimizin inkişafı üçün səmərəli ola biləcək təqaüd proqramları elan edə biləcəyik”.

“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov isə holdinqin bu il mətbuatla bağlı silsilə layihələr həyat keçirdiyini söyləyib: “Bu layihələr çərçivəsində əsas tərəfdaşlarımızdan biri də BDU-nun Jurnalistika fakültəsidir. Şirkətlər qrupu növbəti tədris ili ərzində ən yaxşı nəticə göstərən 6 tələbəyə dəstək göstərəcək”.

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli və “Azərsun Holdinq”in müşaviri Oruc İbrahimov çıxışlarında tələbələri təbrik edib, tövsiyələrini paylaşıblar.