Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Xəsarət alan şəxslər fəhlələr imiş

09 iyl 2025, 11:28
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Xəsarət alan şəxslər fəhlələr imiş

Ağdam-Füzuli yolunda "Ford" markalı mikroavtobusun qəzaya uğraması ilə bağlı bəzi təfərrüat məlum olub.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər Ağdam rayonunun Baharlı kənd sakinləridir.

Bildirilib ki, hadisə fəhlə kimi çalışan şəxslərin azad edilmiş ərazilərdə fərdi sahibkara məxsus əkin sahəsində alaq işləri üçün getdikləri zaman baş verib.

Samir Əli

Ağdam-Füzuli yolunda aşan mikroavtobusda xəsarət alanların son vəziyyəti açıqlanıb.

Liderxeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 9-u, saat 08:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, üçü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda bildirilib.

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Liderxeber.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında yolun 22-ci kilometrliyində baş verib.

Belə ki, "Ford" markalı mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar aparılır.