Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

İstismar müddəti bitmiş magistral su xətti dəyişdirilir - Video

08 iyl 2025, 11:57
İstismar müddəti bitmiş magistral su xətti dəyişdirilir - Video

Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərinin su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yeniləmə işləri həyata keçirir.

Liderxeber.az xəbər verir ki, bu çərçivədə Bakı Sukanal İdarəsinin istismarında olan Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunması səbəbindən qəzalı vəziyyətə düşüb. Magistral kəmərin qəzalı hissəsinin dəyişdirilməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun 200 paqon metrlik hissəsi inşa olunub.

Hazırda isə Sutikinti Müəssisəsi tərəfindən BSK 2 (Sol) magistral kəmərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində keçən uzunluğu 60 paqon metr hissəsi və Palçıqlı dağ ərazisindən keçən uzunluğu 300 paqon metr hissəsinin dəyişdirilməsi həyata keçirilir. 

Sutikinti Müəssisəsinin sahə rəisi Anar Şahməmmədov görülən işlərlə bağlı məluat verərək bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ deyilən ərazidə 1220 millimetrlik polad borunun istismara yararsız olan hissəsinin dəyişdirilməsinə başlanılıb. Həmin hissənin inşasının yaxın günlərdə yekunlaşması nəzərdə tutulur. 

Paytaxda su təchizatı infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən bu layihə çərçivəsində bəzi ərazilərdə müvəqqəti su kəsintiləri və ya təchizatda məhdudiyyətlər müşahidə oluna bilər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu proseslə bağlı sakinlərin vaxtında məlumatlandırılması və mümkün narahatlıqların minimuma endirilməsi üçün zəruri tədbirlər görür. 

Aparılan yenidənqurma işləri, abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.