Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

Qiymətlər çoxdan artırılıb, bəs eskalatorlar niyə hələ də işləmir?

07 iyl 2025, 16:34
Qiymətlər çoxdan artırılıb, bəs eskalatorlar niyə hələ də işləmir?

“Qış Parkı”nda parklanma yerinin ətrafında olan eskalatorlar illərdir işləmir. Ötən il həmin ərazidə parklanma qiymətini qaldırsalar da, hələ də mövcud avadanlıqlar təmir olunmayıb”.

Bu şikayətlə Liderxeber.az-a sakinlər müraciət ediblər. Onların sözlərinə görə, 12 saat üçün aylıq parkinq qiyməti 30 manatdan 80 manata qaldırılıb. Amma xidmət keyfiyyətində dəyişiklik yoxdur.

Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaxın zamanda sözügedən eskalatorların təmirinə başlanılacaq: “Qış Parkı”nın aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub. Eskalatorların təmiri ilə bağlı artıq tender elan olunub və qalib müəyyən edilib. Yaxın zamanlarda təmir işlərinə başlanılması nəzərdə tutulub”.

Qeyd edək ki, sözügedən dayanacaqda parkinq qiymətləri  ötən il qaldırılmışdı. Dayanacaqda əvvəl 12 saat üçün aylığı 30 manat olan parkinq qiymətləri 80 manat olmuşdu. Həmin vaxt AYNA tərəfindən verilən açıqlamada yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmaların xərcləri tam qarşılamadığı bildirilmişdi. Qeyd olunurdu ki, parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.