Son Xəbərlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam

Səfərlərinizi yeni onlayn xidmətlə daha rahat planlaşdırın

07 iyl 2025, 15:50
Səfərlərinizi yeni onlayn xidmətlə daha rahat planlaşdırın

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə səyahətlərini daha rahat və planlı şəkildə təşkil etməyə və qiymət dəyişikliklərindən qorunmağa imkan verən yeni onlayn funksiyanı təqdim edir.

Liderxeber.az xəbər verir ki, “Qiymətin sabitlənməsi” adlanan bu xidmət sərnişinlərə bileti dərhal almadan 24 və ya 72 saat ərzində mövcud qiymətlə saxlamaq imkanı qazandıracaq.

Yenilik xüsusilə reys seçimində qərar vermək üçün əlavə vaxta ehtiyacı olan sərnişinlər nəzərə alınaraq tətbiq olunub. Yeni funksiya biletin mövcud qiymətinin qaldığına əmin olaraq planları dəqiqləşdirməyə və alış prosesini sərnişinin seçiminə uyğun müddətə kimi təxirə salmağa şərait yaradır.

Xidmətdən istifadə prosesi olduqca sadə və əlçatandır. Belə ki, sərnişin www.azal.az rəsmi saytında və ya AZAL mobil tətbiqində reysi seçdikdən sonra “Qiymətin sabitlənməsi” funksiyasını aktivləşdirə bilər. Sistem bu zaman seçilmiş biletin hazırkı qiymətini avtomatik olaraq 24 və ya 72 saat müddətində olduğu kimi saxlayır.

Xidmətdən istifadə edərkən:

• uçuşa 7 və daha çox gün qaldıqda 72 saatlıq sabitləmə üçün 10 avro,

• uçuşa 7-4 gün qaldıqda 24 saatlıq sabitləmə üçün isə 20 avro məbləğində ödəniş edilir.

Ödəniş yalnız onlayn şəkildə, bank kartı vasitəsilə həyata keçirilir. Bu ödəniş biletin əsas qiymətinin tərkibinə daxil deyil və geri qaytarılmır.

Təyin olunmuş müddət ərzində sərnişin “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq  biletini rəsmiləşdirə bilər. Bu müddət ərzində alış yekunlaşdırılmazsa, rezervasiya avtomatik olaraq ləğv olunur və ödənilmiş məbləğ geri qaytarılmır.

Bileti sabit saxladıqdan sonra sərnişinlər, həmçinin həmin bölmə üzərindən əlavə xidmətlərdən – oturacaq seçimi, əlavə baqaj və digər funksiyalardan da yararlanmaq imkanı əldə edirlər.

Ətraflı məlumat üçün: https://www.azal.az/az/information/hold-the-price/