Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az

Rusdilli məktəblərdən sonra universitetlərlə bağlı da xəbər yayıldı - Yenilənib

02 iyl 2025, 14:16
Rusdilli məktəblərdən sonra universitetlərlə bağlı da xəbər yayıldı - Yenilənib

Sosial şəbəkələrdə 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb. 

Liderxeber.az xəbər verir ki, məlumat Elm və Təhsil Nazirliyinin adından paylaşılsa da, qurum xəbəri nə təkzib, nə də təsdiq edib.

Sözügedən məlumatlarda qeyd olunur ki, dayandırılma Azərbaycanda aparılan yeni təhsil islahatları və “Milli Təhsil – 2030” proqramı çərçivəsində həyata keçiriləcək. 

Həmçinin bütün ixtisaslar üzrə tədrisin yalnız azərbaycan və ingilis dillərində aparılacağı, bu dəyişikliyin milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədi daşıdığı qeyd olunub.

“1. Hazırda rus sektorunda təhsil alan tələbələr 2025-ci il avqustun 20-dək azərbaycan dili üzrə dil imtahanı verməlidirlər.

2. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq Azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcəklər.

3. Dil biliyini təsdiq edə bilməyən tələbələr təhsillərini davam etdirə bilməyəcəklər.

4. Əlavə olaraq, avqustun 5-dən etibarən tələbələrin istəyi ilə ingilis dilində tədrisə keçmək imkanı üçün onlayn dil attestasiyası təşkil olunacaq (yerlərin mövcudluğu nəzərə alınmaqla).

5. Məzun ərəfəsində olan (bakalavr və magistratura üzrə) tələbələr, akademik borcları olmadığı və 10 iyul 2025 tarixinədək dekanlığa müraciət etdikləri halda təhsillərini cari dildə başa vura bilərlər.

Tələbələrdən xahiş olunur ki, rəsmi elanları diqqətlə izləsinlər və keçid dövrünə hazır olsunlar. Əlavə məlumat üçün universitetin qəbul komissiyasına və ya nazirliyin rəsmi elektron ünvanına müraciət edə bilərsiniz”, - deyə bildirişdə qeyd olunub. 

Qeyd edək ki, dünən də rus dilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı məlumat yayılmışdı. Məlumat rəsmi olmasa da, sosial şəbəkələrdə müsbət qarşılanmışdı.

***

Elm və Təhsil Nazirliyi (ETN) iddialarla bağlı açıqlama yayıb. Məlumatda dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunub.