Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az

“Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”

02 iyl 2025, 11:39
“Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”

“Ziyəddin Səfərov hadisə baş verən gün səhər saatlarında Rusiya hüquq-mühafizə mühafizə orqanlarına məxsus xidməti avtomobildə aparılarkən vəfat edib”.

Liderxeber.az xəbər verir ki, bunu Baş Prokurorluqda Rusiyada azərbaycanlıların qətlə yetirilməsi və kütləvi zorakılıq hadisələri ilə bağlı cinayət işinin açılmasına dair mətbuat konfransında Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, iyunun 27-si Azərbaycan vətəndaşlarının Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən öldürülməsi nəticəsində araşdırma başlanılıb: “İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Əməliyyat qurumunun əməkdaşları tərəfindən onlara ağır xəsarətlər yetirilib. Nəticədə Hüseyn Səfərov elə həmin gün Yekaterinburq şəhərində ölüb. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”.

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov isə qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb.