Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib

30 iyn 2025, 17:00
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) toxuculuq sahəsində yeni dövlət standartları qəbul edib.

Liderxeber.az bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, bunlar, aşağıdakılardır:

AZS ISO 1833-13 “Toxuculuq məmulatları – Kəmiyyət kimyəvi analizi – 13-cü hissə: Müəyyən xlor tərkibli liflərin digər liflərlə qarışıqları (karbon disulfid/asetondan istifadə üsulu)”;

AZS ISO 1833-14:2025 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi - 14-cü hissə: Asetatın bəzi digər liflərlə qarışıqları (buzlu sirkə turşusundan istifadə üsulu)”;

AZS ISO 1833-15:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 15-ci hissə: Jütün bəzi heyvan lifləri ilə qarışıqları (azotun miqdarının təyin edilməsi üsulu)”;

AZS ISO 1833-16:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 16-cı hissə: Polipropilen liflərin bəzi digər liflərlə qarışıqları (ksiloldan istifadə üsulu)”;

AZS ISO 1833-17:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 17-ci hissə: Sellüloza lifləri və müəyyən liflərin xlor tərkibli liflər və digər liflərlə qarışıqları (qatı sulfat turşusundan istifadə üsulu)”;

AZS ISO 1833-20:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi – 20-ci hissə: Elastanın bəzi digər liflərlə qarışıqları (dimetilasetamiddən istifadə üsulu)”;

AZS ISO 1833-21:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 21-ci hissə: Xlor tərkibli liflərin, müəyyən modakrillərin, müəyyən elastanların, asetatların və triasetatların bəzi digər liflərlə qarışıqları (sikloheksanondan istifadə üsulu)”;

AZS ISO 1833-29:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 29-cu hissə: Poliamidin polipropilen/poliamid ikikomponentli qarışıqları (sulfat turşusundan istifadə üsulu)”.

Yeni standartların tətbiqi toxuculuq məmulatlarında lif tərkibinin daha dəqiq və etibarlı şəkildə müəyyənləşdirilməsinə, məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsinə və istehsal proseslərinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına imkan yaradacaq.

Standartlar, eyni zamanda, müxtəlif tərkibli lif qarışıqlarının standartlarda göstərilən metodlarla kimyəvi analizi üsullarını da əhatə edir.

Yeni dövlət standartları “Tekstil sahəsi” üzrə standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) təsdiqlənib və Standartlaşdırma Üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Sözügedən standartlar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində istinad standartı kimi qəbul edilib.