Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

İcraiyyə Komitəsinin iclası keçirildi - Əvəzedicilər liqası ləğv olunmadı

25 iyn 2025, 14:19
İcraiyyə Komitəsinin iclası keçirildi - Əvəzedicilər liqası ləğv olunmadı

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul edilibə.  

- AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması.

- Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması.

AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın:

- Birinci Regional İnkişaf Mərkəzinin inşası.

- Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi.
 
- Ardından Əvəzedicilər Liqası ilə bağlı müzakirələr aparılıb. AFFA-nın baş katibi C.Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib. Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.