Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Qabil Məmmədovla bağlı istintaq başa çatdı

20 iyn 2025, 11:52
Qabil Məmmədovla bağlı istintaq başa çatdı

Almaniyada yaşayan bloqer Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Liderxeber.az-ın məlumatına görə, istintaq orqanı barəsində qiyabi icraat aparılan Qabil Məmmədov və onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.

Q.Məmmədova izah edilir ki, o, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.

Qeyd edək ki, Qabil Məmmədov ayrı-ayrı şəxslərə yalan vəd verməkdə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya onlarda fəal iştirak etmə və digər cinayətlərdə ittiham olunur.

İki ay əvvəl o, rəsmi qaydada Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Çağırışa gəlmədiyindən sonradan təyin olunmuş vəkilin iştirakı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.