Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb

19 iyn 2025, 11:35
TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb

Bakıda Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.

Liderxeber.az xəbər verir ki, Əsasnaməyə əsasən dövlətlər arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq əməkdaşlığın möhkəmləndirilməsi planlaşdırılıb.

Sözügedən sənədi Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Cümhuriyyətinin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Bertan Özerdağ imzalayıb.