Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

“Hamı vedrə əlində küçələrdədir...”

18 iyn 2025, 10:56
“Hamı vedrə əlində küçələrdədir...”

Son iki gündür Bakının bir çox rayonlarında içməli suyun verilməsində fasilə sakinləri çıxılmaz vəziyyətdə qoyub. Onlar müxtəlif ünvanlardan qablarla su daşımaq məcburiyyətində qalıblar.

Liderxeber.az xəbər verir ki, sakinlər suyu pulla aldıqlarını, bunun da büdcələrinə ziyan vurduğunu bildiriblər: “İki gündür su yoxdur. Məcburuq gedib mağazadan alaq. Hamı vedrə əlində küçələrdədir...”

Yeni tikilən binalarda isə su anbarları olduğundan hələ ki problem yoxdur.

Ekspertlər hesab edir ki, MTK-larda olduğu kimi köhnə binalarda da su çənləri olmalıdır ki, qəza halları baş verdikdə sakinləri su ilə təmin etmək mümkün olsun. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, elə ərazilər var ki, alternativ xətlər hesabına bir neçə saatlıq da olsa su ilə təminatı həyata keçirilir. Həmçinin maşınlarla da bəzi ərazilərə suyun çatdırılması təmin olunur.