Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Bakının bu ərazilərində su yoxdur - Ünvanlar

17 iyn 2025, 10:35
Bakının bu ərazilərində su yoxdur - Ünvanlar

Xəbər verdiyimiz kimi, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinin su təchizatında müvəqqəti fasilə yaranacaq.

Liderxeber.az bu gündən fasilə yaranan ərazilərin siyahısını təqdim edir:

Nəsimi rayonunda Mir Cəlal, 20 Yanvar, Cavadxan, Cəbiyev, C.Səlimov, H.Seyidzadə, H.B.Əliyev, Ə.İsgəndərov, M.Kazımovski, R.Məmmədov, Moskva prospekti, S.Rəhman, Novruzov qardaşları (Rasim Səfərov), N.Yusifbəyli, Mərdanov qardaşları, M.Cəfərov, M.Sənani, M.Qasımov, M.Əlizadə, C.Məmmədquluzadə, N.Məlikov, 3-cü Alatava, Ə.Salamzadə, Ə.Hüseynov, S.Rüstəm, S.Vurğun, Y.V.Çəmənzəminli, Tbilisi və F.Qasımzadə küçələrində su təchizatında fasilələr yaranıb.

Səbail rayonunda isə Badamdar qəsəbəsində suyun verilməsində problem yaşanır.

Yasamal rayonunda Şərifzadə, Akim Abbasov, Əsəd Əhmədov, Zərdabi, Tbilisi prospekti, Xiyabani, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev, Zaur Kərimov, Əhməd Cavad, Yeni Yasamal 1 və 2, Dadaş Bünyadzadə, İ.Qutqaşınlı, Mətbuat prospekti, Rahib Tağıyev və Kamal Rəhimov küçələrində su təchizatında fasilələr yaranıb.

Nərimanov rayonunda Atatürk prospekti və Akademik H.Əliyev küçəsində suyun verilməsində məhdudiyyətlər mövcuddur.

Binəqədi rayonunda Biləcəri qəsəbəsinin 6, 7, 8 və 9-cu mikrorayonları, Rəsulzadə qəsəbəsi, Yeni Massiv, 1 May və Xocahəsən küçələrində su təchizatında fasilələr qeydə alınıb.

Abşeron rayonunda, xüsusən Xırdalan şəhərində suyun verilməsi qrafiklə həyata keçirilir. Suyun verilmə vaxtları səhər 06:00-dan 10:00-a və axşam 18:00-dan 22:00-dəkdir, digər saatlarda isə suyun verilməsi dayandırılır. Bundan əlavə, Qobu qəsəbəsində də su təchizatında fasilələr var.