Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edildi

13 iyn 2025, 16:07
Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edildi

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin sonunda Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş “Elektron Hərrac Portalı” vasitəsilə 6 ay ərzində ümumi dəyəri 100,000,000 AZN-dək olan 140 əmlak realizə edilib (satışı və ya ipoteka saxlayana təklif edilməsi). 

Liderxeber.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.

Tam rəqəmsal formada həyata keçirilən hərraclarda ümumilikdə 308 fiziki və hüquqi şəxs iştirak edib. 

Hazırda Portalda elan mərhələsində 58, davam edən isə 47 hərrac mövcuddur. Bu hərraclarda iştirak imkanları hər kəs üçün bərabər və əlçatandır. Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və Portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə bilərlər.

Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və hərrac elanları ilə Portalın saytı  sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.