Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

İnsan Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirmə tədbirləri davam etdirilir

12 iyn 2025, 12:09
İnsan Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirmə tədbirləri davam etdirilir

Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirmə tədbirləri davam etdirilir

Liderxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın elan etdiyi “İnsan Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Ədliyyə Akademiyasının təşkilatçılığı ilə “Məhkumların hüquqlarının qorunması və təmini” mövzusunda tədbir keçirilib. 

Penitensiar müəssisələrin rəhbər heyətinin iştirakı ilə keçirilən geniş tərkibli tədbirdə Milli Preventiv Qrupun üzvləri, Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Heydərov və həmin şöbənin sektor müdiri Raidə Əmirbəyova iştirak edib.

Tədbirdə Ombudsman təsisatı ilə tədbir iştirakçıları arasında səmərəli əməkdaşlığı qeyd edərək, cəza icra qanunvericiliyinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər, habelə Ombudsman təsisatının effektiv hüquqi mexanizm kimi fəaliyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsmanın milli preventiv mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə keçirilən başçəkmələr və nəticələrinə dair məlumatlar mili və beynəlxalq təcrübədən misallar gətirilməklə dinləyicilərin diqqətinə çatdırılıb.

Tədbir diskussiya şəraitində davam etdirilib.