Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Sabah hava necə olacaq?

11 iyn 2025, 13:17
Sabah hava necə olacaq?

İyunun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.