Son Xəbərlər
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş

Bakıda “Özbəkistan” parkı salınacaq

11 iyn 2025, 10:35
Bakıda “Özbəkistan” parkı salınacaq

Bakıda “Özbəkistan”, Daşkənddə isə “Azərbaycan” parklarının salınması planlaşdırılır.

Liderxeber.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında bildirib.

"Bu parklar xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin simvoluna çevriləcək. İyunun əvvəlində Daşkəndin meri, eyni zamanda mənim yaxın dostum cənab Şavkat Umurzakov Bakıda işgüzar səfərdə idi. Səfər çərçivəsində paytaxtın Ağ Şəhər ərazisində "Özbəkistan" parkının inşa ediləcəyi əraziyə baxış keçirildi. Buna cavab olaraq, bu ayın sonunda Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri planlaşdırılır. Həmin səfər zamanı da “Azərbaycan” parkının salınacağı əraziyə baxış keçiriləcək. Bu, iki paytaxt arasında canlı mədəni körpü olacaq", - deyə o qeyd edib.