Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

İmişlidə səyyar qəbullar davam etdirilir - Fotolar

24 apr 2025, 09:30
İmişlidə səyyar qəbullar davam etdirilir - Fotolar

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 2025-ci ilin aprel ayında təsdiq edilmiş qrafikə uyğun olaraq Telişli, Rəsullu, Qaralar və Məmmədli kənd inzibati ərazi dairələrini əhatə edən 9 kəndin sakinləri ilə səyyar qəbullar keçirib. 

Liderxeber.az xəbər verir ki, bu görüşlərdə vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib və vətəndaş məmnunluğu təmin olunub.

Səyyar qəbullarda çıxış edən icra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rol oynadığını vurğulayıb. O, həmçinin rayon sakinlərinin rahatlığının təmin olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digərləri isə nəzarətə götürülərək aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, keçirilən səyyar qəbullar əhalinin sosial rifahının yüksəldilməsi və yerli problemlərin operativ həllinə yönəlmiş tədbirlər kimi qiymətləndirilir.