Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

AZAL Qurban bayramına özəl uçuşların sayını artırır

23 apr 2025, 12:14
AZAL Qurban bayramına özəl uçuşların sayını artırır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək.

Əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb.

Liderxeber.az xəbər verir ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.

AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.