Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

Bakı-Sumqayıt istiqamətində yeni yol çəkiləcək?

13 mar 2025, 17:25
Bakı-Sumqayıt istiqamətində yeni yol çəkiləcək?

Bakı-Sumqayıt yolunda yaranan sıxlığın nəzərə alınaraq yeni avtomobil yolunun çəkiləcəyinə dair məlumatlar paylaşılıb.

Bu yol ilə paytaxtın ikinci şimal giriş-çıxışının yaradılacağı söylənib.

Sözügedən yolun tikintisinin Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlər siyahısına daxil olduğu qeyd olunub.

"Vahid Fəaliyyət Planı"nda yeni Bakı-Sumqayıt yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulduğu bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli  açıqlamasında vurğulayıb ki, hazırda Bakı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisinə dair layihə yoxdur:

"Sözügedən yolun çəkilməsi üçün yer yoxdur. Bakı şəhərində nəqliyyatının təkminləşdirilməsi ilə bağlı dövlət proqramı var. Hazırda sadəcə burada yer alan layihələrin icrası işləri aparılır. Bundan başqa hər hansı yenilik yoxdur. Bu proqram da 2025-2030-cu illəri əhatə edir. Burada da hər hansı yolun çəkilişinə dair bir layihə yoxdur".