Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

"Azərbaycan Dəmir Yolları"nın xəstəxanalarının ləğv edilməsinə başlanılıb

13 mar 2025, 15:17
"Azərbaycan Dəmir Yolları"nın xəstəxanalarının ləğv edilməsinə başlanılıb

Nazirlər Kabinetinin "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb. 

Söhbət ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir.

Beləliklə, "Bakı Dəmir Yolu Xəstəxanası" MMC Respublika Pediatriya Mərkəzinə (1), "1 saylı Bakı Dəmir Yolu Poliklinikası" və "2 saylı Bakı Dəmir Yolu Poliklinikası" MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə (2), "Ələt Dəmir Yolu Xəstəxanası" MMC Qaradağ Tibb Mərkəzinə (3), "Gəncə Dəmir Yolu Xəstəxanası" MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına (4), "Xaçmaz Dəmir Yolu Ambulatoriyası" MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (5), "Hacıqabul Dəmir Yolu Ambulatoriyası" MMC Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (6), "İmişli Dəmir Yolu Xəstəxanası" MMC isə İmişli Rayon Mərkəzi Xəstəxanasına (7) qoşulur.

Krediorlar tələblərini 2 ay ərzində müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206A (1), Yasamal Rayonu, Mikayıl Müşfiq küçəsi, ev 1M (2), Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4, Namiq Niftəliyev küçəsi (3), Gəncə şəhəri, Nizami prospekti, 412 (4), Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 303 (5), Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 15 (6) və İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, 92 (7) ünvanına bildirə bilərlər.