Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

İcra hakimiyyətinin sabiq şöbə müdiri həbs edildi

13 mar 2025, 13:33
İcra hakimiyyətinin sabiq şöbə müdiri həbs edildi

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Şikayətçilər bildirib ki, T.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

***

Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Tural Məmmədov bir müddət əvvəl vəzifədən azad edilib.