Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

Mərkəzi Aranda və ətraf ərazilərdə rəqəmsal radio yayımına başlanılıb

12 mar 2025, 14:05
Mərkəzi Aranda və ətraf ərazilərdə rəqəmsal radio yayımına başlanılıb

Azərbaycanın Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb. 

Liderxeber.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə istinadən xəbər verir. 

Məlumata görə, Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli sərəncamına uyğun olaraq, ölkə ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı icra edilməkdədir. Bu gündən Bakı Teleqüllə Kompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən “SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eyni markalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+ standartlı radioötürücü ilə əvəz olunub.

Tədbirlər Planının icrası çərçivəsində Ağsu rayonu ərazisində yerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasında “SYES” markalı 3000 Vt-lıq DAB+ standartlı radioötürücü anten-fider sistemi ilə birlikdə quraşdırılmaqla rəqəmsal radio yayımı şəbəkəsi genişləndirilib.

Beləliklə, Mərkəzi Aranda və ətraf ərazilərdə 223,936 MHs təktezlikli (SFN) rejimdə 12 radio proqramın fasiləsiz qəbulu təmin edilib.

Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radio geniş tətbiq edilməkdədir. Azərbaycanda da sözügedən Sərəncamın icrası məqsədilə bu standarta keçidlə əlaqədar tədbirlər davam etdirilir.

Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.

Təsdiq edilmiş Tədbirlər Planının icrası nəticəsində ölkə ərazisinin 99,6 %-nin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur.

Bu məqsədlərə çatmaq üçün ölkə ərazisində rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hazırda “Azərpoçt” MMC-nin Bakı şəhərində fəaliyyət göstərən bir neçə poçt şöbəsində (AZ1000, AZ1001, AZ1017, AZ1073, AZ1124 və AZ1138 indeksli poçt şöbələri) müxtəlif modifikasiyalı DAB+ radioqəbuledici qurğuların satışı həyata keçirilir.

FM analoq radio yayımlarından DAB+ rəqəmsal radio yayımına keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.